AZ

Braziliya prezidenti 5 saata yaxın havada qaldı

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın və nazirlərin olduğu təyyarə 4 saatdan çox havada qalıb.

Məlumata görə, uçuş zamanı təyyarədə texniki problem müəyyən edilib.

Bu barədə Musavat.com xarici KİV- ə istinadən xəbər verir.

Versiyalardan birinə görə, təyyarənin turbininə quş girib.

Təyyarə 4 saat 58 dəqiqədən sonra Mexiko hava limanına enib və Braziliya lideri Meksikaya yeni prezident seçilən Klaudiya Şeynbaumun andiçmə mərasimində iştirak edib.

Şahanə Rəhimli,
Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr