AZ

Tramp: Mən prezident olanda Yaxın Şərqdə müharibə olmayıb

ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp İranın İsrailə raket hücumundan sonra verdiyi açıqlamada “Mən prezident olanda Yaxın Şərqdə müharibə olmayıb” deyib.Elchi.az xəbər verir ki, İranın İsrailə raket hücumundan sonra ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp açıqlama verib.Tramp ABŞ prezidenti Co Bayden administrasiyasını sərt şəkildə tənqid edərək bildirib ki, dünyada münaqişələr artmaqdadır və ABŞ-da liderlik yoxdur. Tramp, “Dünya yanır və nəzarətdən çıxır. Ölkəmizi idarə edən yoxdur. Co Bayden demək olar ki, görünməz bir prezidentdir, Kamala Harris isə tamamilə itirilib” deyib.Harrisin vəsait toplama fəaliyyətlərinə diqqət yetirdiyini müdafiə edən Tramp, mövcud administrasiyanın ABŞ-ı zəif vəziyyətə saldığını bildirib. Prezident olduğu zaman İranın nəzarət altında olduğunu bildirən Tramp, “İranda nağd pul qıtlığı var idi və sövdələşməyə can atırdı. Bununla belə, Bayden və Harrisin idarəçiliyi dövründə terror hər yerə yayılır” deyib.Hazırkı administrasiyanı dünyanı müharibənin astanasına gətirməkdə günahlandıran Tramp, “Mən prezident olanda Yaxın Şərqdə müharibə yox idi, inflyasiya yox idi və Əfqanıstanda fəlakət baş verməzdi” deyib.Yenidən prezident olacağı təqdirdə dünyada sülhün bərpa olunacağını bildirən Tramp, Kamala Harrisin daha 4 il vəzifədə qalacağı təqdirdə dünyanın böyük böhrana sürüklənəcəyini bildirib.Şayəstə Hüseynova

Seçilən
20
3
elchi.az

4Mənbələr