AZ

Maradonanın nəşi mavzoleyə köçürüləcək

Maradonanın cənazəsinin qalıqları Buenos Ayresdəki məqbərəyə köçürüləcək...

Argentinanın San-İsidro şəhərinin məhkəməsi futbolçu Dieqo Maradonanın cənazə qalıqlarının Buenos-Ayresdə tikilməkdə olan məqbərəyə köçürülməsinə icazə verib.

Poliqon xəbər verir ki, bu barədə Argentinanın “Clarin” nəşri məlumat yayıb.

Futbolçunun nəşinin köçürülməsi üçün icazəni Maradonanın qızları Dalma və Cannina istəyib.

Xatırlafdaq ki, əfsanəvi Argentina futbolçusu Dieqo Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib.

1984-1991-ci illərdə argentinalı Maradona “Napoli”də çıxış edib və ikiqat İtaliya çempionu olub.

Maradona həmçinin “Argentinos Juniors”, “Boca Juniors”, “Barcelona”, “Sevilla” və “Newell's Old Boys” klublarında oynayıb. 2010 Dünya Kubokunda məşqçi kimi Argentina millisini 1/4 finala çıxarıb.

Maradona Argentina millisinin heyətində 91 oyunda iştirak edib, 34 qol vurub. 1986-cı il dünya çempionatının sonunda Maradona turnirin ən yaxşı oyunçusu kimi tanınıb. Növbəti dünya çempionatında forvard yarışın gümüş mükafatçısı olub.

Poliqon.info

Seçilən
8
3
poliqon.info

5Mənbələr