AZ

İsrailin Danimarkadakı səfirliyi yaxınlığında iki partlayış baş verib

Danimarka polisi İsrailin Kopenhagendəki səfirliyi yaxınlığında baş verən iki partlayışı araşdırır...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Polis qeyd edib ki, mümkün itkilər barədə məlumat yoxdur.

Xatırladaq ki, sentyabrın 23-də İsrail Livanda “Şimalın oxları” kod adlı “önləyici hücum əməliyyatına” başladığını elan edib. İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, əməliyyatın hədəfi şiə qruplaşmasının son 20 ildə inşa etdiyi “Hizbullah” infrastrukturudur.

Sentyabrın 28-də İsrailin hava zərbəsi nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahı öldürülüb.

Oktyabrın 1-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsindəki “Hizbullah” hədəflərinə qarşı “məhdud, lokallaşdırılmış və məqsədyönlü reydlərin” başladığını elan edib.

Dünən axşam saatlarında isə İran İsrailə 200-ə yaxın ballistik raket atıb.

Poliqon.info

Seçilən
1
poliqon.info

1Mənbələr