AZ

Banklar manatla ən ucuz və ən baha krediti hansı regionda verir? – SİYAHI

Azərbaycanda banklar tərəfindən verilən kreditlərin cəmi faiz dərəcəsi 1 sentyabr 2024-cü il tarixində 12,97% təşkil edib ki, milli valyuta – manatla verilən kreditin orta faiz dərəcəsi isə 14,55%, sərbəst dönərli valyutadada isə 5,46% olub.

FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən ən yüksək faiz dərəcəsi Dağlıq Şirvan iqtisadi rayonundadır. Bölgə üzrə 175 milyon 645 min manata kreditin cəmi faiz dərəcəsi 19,15% təşkil edib . Milli valyuta üzrə verilən kreditlərin faiz dərəcəsi 19,18% təşkil edib. Verilmiş kreditlərin ümumi məbləği isə 175 milyon 173 min manat olub. 472 min manat kredit isə 7,43% dərəcəsi isə sərbəs dönərli valyutada verilib.

Lənkəran-Astara iqtisadi rayonunda cəmi orta faiz dərəcəsi 18,93% dərəcəsi ilə, Qarabağ iqtisadi rayonunda isə 18,88% dərəcəsi ilə olub.

Cəmi faiz dərəcəsinin ən aşağı olduğu iqtisadi rayonlara isə Bakı iqtisadi rayonu (11,60%), Naxçıvan iqtisadi rayonu (13,99%) daxildir.

Milli valyutada ən yüksək kredit Dağlıq Şirvan iqtisadi rayonundan sonra 19,10%-lə Şirvan-Salyan iqtisadi rayonunda, 18,90%-lə  Qarabağ iqtisadi rayonunda verilir. Ən aşağı faiz isə  Bakı iqtisadi rayonu (13,34%) və Naxçıvan iqtisadi rayonu (14,00%) üzrə qeydə alınıb. 

Seçilən
3
fed.az

1Mənbələr