AZ

Tramp yenə GÜNAHLANDIRDI -"Mən prezident olanda..."

ABŞ prezidentliyinə namizəd Donald Tramp İranın İsrailə hücumunda və dünyanı əhatə edən digər münaqişələrdə hazırkı Amerika lideri Co Bayden və onun administrasiyasını günahlandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Hill" məlumat yayıb.

“Bu gün dünyaya baxın, Yaxın Şərqdə uçan raketlərə baxın, Rusiyada,Ukraynada baş verənlərə baxın, dünyanı məhv edən inflyasiyaya baxın. Mən prezident olanda bunların heç biri olmayıb!”, - yazıb.

Tramp həmçinin Bayden və ABŞ-nin vitse-prezidenti Kamala Harrisi liderlik çatışmazlığına və zəif Amerika xarici siyasətinə görə tənqid edib. Onun sözlərinə görə, Ağ Evə rəhbərlik edəndə İran tamamilə nəzarət altında idi. Siyasətçi qeyd edib ki, İranın hücumuna səbəb digər ölkələrin artıq ABŞ-yə hörmət etməməsi olub.

“Dünya yanır və nəzarətdən çıxır. Mən çoxdandır ki, üçüncü dünya müharibəsindən danışıram və proqnoz vermək istəmirəm, ancaq qlobal fəlakət çox yaxındadır", - deyə Tramp qeyd edib.

Sevinc İBRAHİMZADƏ

Seçilən
18
redaktor.az

1Mənbələr