AZ

`Azercell` premium müştərilərini də incidir - GİLEY

Özünü hər addımda "Ölkənin ən böyük mobil operatoru" adlandıran və bununla qürrələndiyi aşkar şəkildə hiss olunan, realda isə abunəçilərini ən primitiv problemlərlə üz-üzə qoyan `Azercell` artıq premium müştərilərini də incidir. Dia-az.Media xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Ramil Osmanlı paylaşım edib.Sözügedən mobil operatorun premium müştərisi olduğunu, amma buna rəğmən telefonunda internet xidmətinin bərbad vəziyyətdə olması səbəbindən gileylənə tanınmış ekspert özünün sosial şəbəkə hesabında etirazını bu şəkildə ifadə edib:" "Azercell", ayıbdır... Premium müştərinizəm də guya... Qarabağlılar demiş Allah qoymasa..."Qeyd edək ki, R.Osmanlının iddiasına şirkətdən reaksiya verilib və təqdim etdiyimiz yazışmadan da aydın olur ki, problem məhz ictimailəşəndən sonra müəmmalı şəkildə, heç bir izahat verilmədən "çözülüb"...

Seçilən
7
dia-az.info

1Mənbələr