AZ

İran İsrailə 181 raket atdı - Yalnız 1 fələstinli öldü

Ötən gecə İran İsrailə yüzlərlə ballistik raket atıb.

"Unikal" xəbər verir ki, İranın atdığı 181 raket hücumu nəticəsində yalnız 1 nəfər fələstinlinin öldüyü bildirilib.

İsrail Müdafiə Qüvvələrinin (IDF) sosial media platforması “X”də dərc etdiyi paylaşımda İranın raket hücumunda 10 milyon insanın hədəf alındığını, lakin yalnız 1 nəfər fələstinlinin öldüyü qeyd olunub.

Qeyd edək ki, İran tərəfi İsrailin hər hansı cavab addımı atmadığı təqdirdə hücumların sona çatdığını bildirib.

Zərifə Nağıyeva 
 

Seçilən
12
2
unikal.az

3Mənbələr