AZ

İranın İsrailə atdığı raketlərin parçaları İordaniyaya düşüb

İranın İsrail istiqamətində atdığı raketlərin parçaları İordaniya ərazisinə düşüb.

Krallığın rabitə naziri və hökumət sözçüsü Məhəmməd əl-Momaninin sözlərinə görə, üç nəfər yaralanıb.

Petra əl-Momaninin sözlərini sitat gətirib : “…raketlərin hissələri krallığın müxtəlif bölgələrinə düşüb”.

Bundan əvvəl İranın İsrailə endirdiyi zərbə nəticəsində İordan çayının qərb sahilindəki Yerixo şəhərində bir fələstinlinin raket parçaları ilə öldürüldüyü bildirilmişdi.

Eyni zamanda Fars yazıb ki, İran raket hücumu zamanı İsrailin yaşayış məntəqələrini hədəf almayıb.

Mənbə RT rusca

Seçilən
11
dogru.az

1Mənbələr