İsrail raket hücumuna görə İrandan qisas alacaq
İsrailin baş naziri Benyamin Netanyahu İranın raket hücumu ilə səhvə yol verdiyini və bunun əvəzini ödəyəcəyini deyib.
Reyting.az-ın məlumatına görə, Netanyahu İranın raket hücumunun uğursuz olduğunu bildirib, atılan raketlərin qarşısını almaqda verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib.
İrana cavab verəcəkləri mesajını dilə gətirən Netanyahu “Kim bizə hücum etsə, biz də ona hücum edəcəyik”, - deyib.
Xatırladaq ki, dünən gecə İran İsrailə raket hücumu həyata keçirib. İran İnqilab Keşikçiləri Korpusu İsrailə onlarla ballistik raketlə hücum etdiyini açıqlayıb.
ELÇİN