AZ

Azərbaycanlı baş məşqçi xarici klubda 3 vəzifə aldı

Azərbaycanlı məşqçi Rüfət Quliyev Albaniya Super Liqasında işləyəcək.

Sportinfo.az xəbər verir ki, 51 yaşlı mütəxəssis “Biliş”də baş məşqçisi Nevil Dedenin köməkçisi təyin olunub.

Bundan başqa, o, əvəzedici heyətinin baş məşqçisi vəzifəsini yerinə yetirəcək.

Həmçinin Albaniyanı UEFA Gənclər Liqasında təmsil edəcək “Bilis”in U-19 komandasını da çalışdıracaq.

Quliyev uzun illər “Ağsu”nu çalışdırıb.

Aran klubu ilə I Liqanın çempionu, gümüş və bürünc medalşısı olub. Onun buna qədər son iş yeri “Araz-Saatlı” olub.

Seçilən
7
sportinfo.az

1Mənbələr