AZ

Hindistanda helikopter qəzaya uğrayıb - bütün heyət həlak olub

Hindistanın qərbində, Pune şəhəri yaxınlığında Mumbaya gedən şəxsi helikopter qəzaya uğrayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, "Heritage Aviation" şirkətinin VT-EVV qeydiyyat nömrəli "Agusta 109" helikopteri qəzaya uğrayıb. Helikopterdə iki pilot və bir texniki işçi olub. Sərnişin olmayıb.

Helikopterdə olanların hamısı həlak olub. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Qəzanın ilkin səbəbinin qatı duman olduğu bildirilir.///tass

Seçilən
32
ucnoqta.az

1Mənbələr