AZ

Haaland və Mbappenin transfer qiyməti açıqlandı

"Transfermarkt" futbolçuların yeni transfer qiymətlərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, "Mançester Siti"nin hücumçusu Erlinq Haaland transfer qiymətini artırıb. Onun transfer qiyməti 200 milyon avrodur. Transferin növbəti sıralarında isə "Real Madrid"in 3 futbolçusu qərarlaşıb. Kilian Mbappe, Cud Bellinqem və Vinisius Juniorun transfer dəyərinin 180 milyon avro olduğu qeyd edilib. Siyahıda "Mançester Siti"nin müdafiəçisi Ruben Dias da yer alıb. Onun transfer dəyəri 80 milyon avrodur. "Fənərbaxça"dan "Brayton"a transfer olunan Ferdi Kadıoğlunun transfer qiyməti isə 30 milyon avro olaraq göstərilib.

Seçilən
23
metbuat.az

1Mənbələr