AZ

KİV: İsrail Ordusu Beyrutun cənub ətraflarında bir sıra hədəfli zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livan paytaxtının cənub kənarlarına bir sıra hədəfli zərbələr endirib.

"Report"un "Al Jadeed" telekanalına istinadən verdiyi məlumata görə, partlayışlar “Hizbullah” hərəkatının qərargahının cəmləşdiyi Haret Horeyk yaşayış məntəqəsində baş verib.

Bundan əvvəl İsrail ordusunun nümayəndəsi Haret Horeyk sakinlərinə yaxın vaxtlarda hava hücumlarına məruz qalacaq bir neçə binanın tərk olunmasının zəruriliyi barədə xəbərdarlıq etmişdi. Onlardan azı 500 m məsafə saxlamağı tövsiyə edilirdi.

Seçilən
21
2
far.az

3Mənbələr