AZ

Şahzadə Uilyam və Devid Bekhem Londonda birgə xeyriyyə tədbirində iştirak edib

Şahzadə

London, 2 oktyabr, AZƏRTAC

Londonda keçirilən helikopter xeyriyyə tədbirində Şahzadə Uilyam və futbol ulduzu Devid Bekhem bir araya gəliblər.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı iki yeni hava təcili yardım helikopterinin alınması üçün 16 milyon funt-sterlinq vəsait toplanıb.

Devid Bekhem tədbirdə çıxış edərək bu kampaniyada iştirak etməyin onun üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Bu gün Londonda hava təcili yardım xidmətləri üçün təşkil edilən ianə kampaniyasının uğurunu qeyd etmək üçün buradayıq. Bu kampaniya illərdir mənim ürəyimə çox yaxındır. Şahzadə Uilyamın məni bu kampaniyaya dəvət etməsi mənim üçün böyük fəxr idi", - deyə futbolçu bildirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

 

Seçilən
39
4
azertag.az

5Mənbələr