AZ

Həddindən çox çəki atan Kristina Aqilera pərəstişkarlarını qorxutdu - VİDEO

43 yaşlı amerikalı müğənni Kristina Aqilera arıqlamağa davam etməsi pərəstişkarları arasında artıq həyəcan yaradıb. Sənətçinin bədən parametrləri həddindən artıq dəyişib. O, sanki günü-gündən əriyir və bu dəyişim pərəstişkarlarını ciddi şəkildə narahat edir. Bəziləri artıq onda anoreksiyanın ilk əlamətlərini görüblər.
 

Sfera.az bildirir ki, Kristinanın pərəstişkarlarından birinin Qərbi Hollivudda studiyada çəkdiyi video internetə sızıb və tezliklə viral olub. Videoda müğənni həmişəkindən daha arıq görünür.
 

O, dəri çəkmələrlə dar kostyum geyinib.
 

Daha sonra Kristina özü də sosial şəbəkədəki səhifəsində bu səfərdən bir video paylaşıb. Səsyazma zamanı o, studiyaya gedir, iştirakçılarla görüşür və əylənir.


Müğənninin arıq olması şərhlərdə arıqlamanın idman məşqinin, yoxsa “Ozempic” istifadəsinin nəticəsi olması ilə bağlı bir çox suallar doğurub.


Videonun müzakirəsində iştirak edənlərin çoxu onun dərmanla həddindən artıq çəki atdığını və “xəstə” kimi göründüyünü düşünür.
 

Qeyd edək ki, müsahibələrində Kristina dəfələrlə etiraf edib ki, karyerası boyu bədəninə görə kompleks yaşayıb. Bədii rəhbərləri onun 20 yaşında köklüyündən narazı olublar, onun arıq yeniyetmə olmasını istəyiblər.
 

"Yeniyetmə olanda, 20 yaşında tamamilə fərqli bir bədənə sahib idim. Mən kökəlməyə başladım və o zaman bu, qəbuledilməz idi. "Ah, o, getdikcə kökəlir" fikirləri məni məcbur etdi ki, bədənimi arıq olaraq bəyənməliyəm. “Yeniyetmə qız olanda necə arıq idin” sözləri bütün həyatım boyu məni o yaşlardakı çəkimə qayıtmağa məcbur edirdi”.

 

Aynil

Sfera.az

Seçilən
63
sfera.az

1Mənbələr