AZ

Litva müharibəyə hazırlaşır - Xüsusi fond yaradıldı

Litvada müdafiəni maliyyələşdirmək üçün xüsusi fond yaradılıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər veir ki, bu barədə respublikanın müdafiə naziri Laurinas Kasciunas danışıb.

Hərbi idarə rəisinin sözlərinə görə, artıq vətəndaşlar və müəssisələr müdafiəyə vəsait ayıra bilərlər. Pul müxtəlif növ hərbi hissələrin yaradılmasına və ya müxtəlif silah növlərinin alınmasına sərf olunacaq.

Litvada oktyabrın 1-dən fondun fəaliyyətə başlaması haqqında qanun qüvvəyə minib. Fondun fəaliyyəti yaxın bir neçə ildə müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3 faizinə yəni təxminən 2,2 milyon avroya (təxminən 4 milyon manatdan çox) çatdırmağa imkan verəcək.


Müəllif: Arzu
Seçilən
33
teleqraf.com

1Mənbələr