AZ

Cəbrayıl Şəhəri Günü ölkəmizdə böyük təntənə ilə qeyd edilir

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyət daşıyır

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 4-də Cəbrayıl Şəhəri Günü qeyd olunur. Bir şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdılıb. I Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları Böyük Qələbəyə zəmin yaratdı. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl şəhəri)və 80 kənd işğaldan azad edildi. 2020-ci il noyabrın 26-da «Cəbrayın azad olunmasına görə» medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Cəbrayıl rayonu ərazisində yerləşən və düşməndən azad edilən qədim Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyət daşıyır.

“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Düşməndən azad edilmiş Cəbrayıl rayonuna Prezident İlham Əliyevinmüntəzəm səfərlər edir. 16.11.2020- ci il tarixində ölkəmizin başçısı, Xudafərin körpüsündə və Cəbrayıl şəhərində Dövlət bayrağını ucaldıb. Elə həmin gün ölkəmizin başçısı işğal zamanı düşmənin fəaliyyət göstərdiyi polis idarəsinin yerləşdiyi binaya və dağıdılmış şəhərinin mərkəzinə baxış keçirib.

14.02.2021- ci ildə rayona səfər edən Prezident İlham Əliyev Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlərlə tanış olub.

26.04.2021-ci ildə yenidən Cəbrayıla səfər edən dövlətimizin başçısı Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirib və elə o gün Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edib, hərbi qulluqçular ilə görüşüb.

Növbəti səfərində-05.10.2021-ci il tarixində“KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimində iştirak edən ölkəmizin başçısı Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlqoyma mərasimində, “Cəbrayıl” yarımstansiyanın açılışında, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışında, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimində, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak edib,Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərində iştirak edib.

Növbəti ildə də ölkə başçısının azad edilmiş digər ərazilərə olduğu kimi Cəbrayıl rayonuna səfərləri müntəzəm xarakter daşıyıb. 20.10.2022- ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlqoyma mərasimində iştirak edib. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə ağac əkmə mərasimi olub. Hər iki ölkə rəhbərləri “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Sonda Prezidenlərin birgə iştirakı ilə mətbuat konfransı keçirilib.

Ötən il də dövlətimizin başçısı həyata keçirilən quruculuq işləri ilə yerində tanış olmaq üçün Cəbrayıl rayonuna səfərlər edib. 05.05.2023- cür il tarixində Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməlini qoyub. Bu yol başlanğıcını Hadrut yaşayış məntəqəsindən götürməklə və Cəbrayıl rayonundan keçməklə Şükürbəyli kəndində Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi avtomobil yoluna birləşir. Uzunluğu 43 kilometr olacaq. Dörd hərəkət zolaqlı yol boyuncaavtomobil körpüləri tikilir. 28.09.2023- cür il tarixində isə İnzibati binanın təməlqoyma mərasimi və şəhərdə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən ilk yaşayış məhəlləsi – Cəbrayıl Yaşayış Kompleksində aparılan tikinti işlərlə tanışlıq məqsədilə ölkə başçısı Cəbrayıla səfər edib. Elə həmin gün Prezident “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Bu il də ölkəmizin başçısı Cəbrayıl rayonunda ber neçə yaşayış məskənlərinin təməlqoyma mərasimlərində iştirak edib. Elə həmin gün ölkə başçısı rayonun Karxulu, Maşxanlı kəndlərinin təməlqoyma mərasimlərində iştirak edib. 19.05.2024-cü il tarixində isə dövlətimizin başçısı «Xudafərin» hidroqovşağının istismara verilməsi və «Qız Qalası» hidro qovşağının açılışını edib. Bu gün düşmən işğalından qurtuluşun dördüncü ildönümünü yaşayan torpaqlara artıq həyat, quruculuq, ən ümdəsi isə, keçmiş sakinlər qayıdır. Və bu gün bütün ölkəmizdə Cəbrayıl şəhəri gün böyük təntənə ilə qeyd edilir.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Seçilən
61
sia.az

1Mənbələr