AZ

Xalq artistinin borca düşən qızı məşhur brendini satıb bahalı maşın aldı (VİDEO)

Mərhum Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruz şəxsi brendini iranlı iş adamlarına satıb. 

"Unikal" xəbər verir ki, bu barədə o sosial şəbəkədə yazıb. Şəfəq Novruz bildirib ki, bununla da pandemiya dövründən yığılmış borcunu ödəyib. 

"Pandemiya dövründə müflis oldum. Bütün ailənin yükü üzərimdə idi. Ağlagəlməz dərəcə borcum yığılmışdı. Mənə İran şirkətindən təklif gəldi. Əvvəl qəbul etmirdim. Ancaq sentyabrda dəhşətli bir təkliflə gəldilər. Məbləği açıqlamayacam, amma "Şəfəq Novruz" brendini satdım və xəyalları ilə yaşadığım "Range Rover" maşınını elə ilk ayımın qonorarı ilə aldım", - deyə stilist bildirib. 

O, yeni aldığı avtomobili də izləyiciləri ilə paylaşıb. 
 

Seçilən
13
unikal.az

1Mənbələr