AZ

“İnter”, “Borussiya” və MS-dən Çempionlar Liqasında darmadağın

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümünün Liqa mərhələsinin 2-ci turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.

Maraqlı görüşlərdən biri İngiltərədə “Arsenal” və PSJ arasında keçirilib. Premyer Liqa təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.

“Milan” səfərdə “Bayer”in qonağı olub. Almaniya çempionu bu görüşdə minimal hesabla qalib gəlib.

“Barselona” isə doğma meydanda “Yanq Boyz”la münasibətlərinə aydınlıq gətirib. Kataloniya nəhəngi bu görüşdə darmadağına sevinib. İtaliya çempionu “İnter” də Serbiya “Srvena Zvezda”sını darmadağınla yola salıb.

Almaniyanın “Borussiya” (Dortmund) komandasının Şotlandiya nəhəngi “Seltik” üzərindəki qələbəsi daha əzici hesabla olub. İngiltərə çempionu “Mançester Siti” isə səfərdə Bratislava “Slovan”ına 4 cavabsız qolla qalib gəlib.

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turuna sabah keçiriləcək qalan 9 oyunla yekun vurulacaq.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 2-ci tur
1 oktyabr

Zalsburq (Avstriya) – Brest (Fransa) 0:4
Qollar: Sima, 24; 70. M.Kamara, 66. Laqe, 75.

Ştutqart (Almaniya) – Sparta (Praqa, Çexiya) 1:1
Qollar: Millo, 7 – Kayrinen, 32.

Arsenal (İngiltərə) – PSJ (Fransa) 2:0
Qollar: Haverts, 20. Saka, 35.

Barselona (İspaniya) – Yanq Boyz (İsveçrə) 5:0
Qollar: Levandovski, 8; 51. Rafinya, 37. İ.Martines, 37. M.Kamara, 81-öz qapısına.

Bayer (Almaniya) – Milan (İtaliya) 1:0
Qol: Bonifase, 51.

İnter (İtaliya) – Srvena Zvezda (Serbiya) 4:0
Qollar: H.Çalhanoğlu, 11. Arnautoviç, 59. L.Martines, 71. Taremi, 81.

Borussiya (Dortmund, Almaniya) – Seltik (Şotlandiya) 7:1
Qollar: E.Can, 7-pen. Adeyemi, 11; 29; 42. Girassi, 40-pen; 66. Nmeça, 79 – Maeda, 9.

PSV (Niderland) – Sportinq (Portuqaliya) 1:1
Qollar: Sxouten, 15 – Braqansa, 84.

Slovan (Slovakiya) – Mançester Siti (İngiltərə) 0:4
Qollar: İ.Gündoğan, 8. Foden, 15. Haland, 58. Makate, 74.

Seçilən
28
3
arena.az

10Mənbələr