AZ

İsrail Müdafiə Qüvvələri Livanda quru əməliyyatını mümkün qədər qısa müddətdə keçirməyi planlaşdırır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail hərbçiləri Livanın cənubunda quru əməliyyatının keçirilməsini mümkün qədər qısa müddətlə məhdudlaşdırmaq niyyətindədirlər.
Oxu.Az-ın məlumatına görə, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Hagari brifinqdə bildirib.
"Mən düşmənin qarşısında təfərrüatı açıqlamayacağam, amma biz bunu mümkün qədər qısa edirik. Biz hazırda apardığımız məhdud və lokallaşdırılmış əməliyyat çərçivəsində lazım olanı edəcəyik", - deyə o bildirib.
Hagarinin sözlərinə görə, İsrail hərbçilərinin fəaliyyəti yalnız Livanın cənubunda sərhədyanı rayonlarda "Hizbullah" hərəkatının infrastrukturuna yönələcək. "Biz Beyruta getmirik, Cənubi Livanın şəhərlərinə girmirik, sərhədimizə yaxın qəsəbələrin ərazilərinə diqqət yetiririk", - deyə ordu nümayəndəsi qeyd edib.
O vurğulayıb ki, bu fəaliyyətlərin əsas məqsədi İsrail hərbçilərinin məlumatına görə, İsrailə qarşı hücum əməliyyatları üçün istifadəyə hazır olan "Hizbullah"ın infrastrukturunu dağıtmaqdır.
"Hər hansı digər suveren ölkə də eyni şeyi edərdi", - deyə Hagari əminliyini ifadə edib.
İsrail ordusu Livanın cənubunda quru əməliyyatının başlanması ilə əlaqədar dörd əlavə ehtiyat briqadasının səfərbər edilməsini də elan edib.
"Vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, İsrail Müdafiə Qüvvələri şimal istiqamətində əməliyyat tapşırıqlarını yerinə yetirmək üçün dörd əlavə ehtiyat briqadasını çağırır", - ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Seçilən
8
oxu.az

1Mənbələr