AZ

Pezeşkian Netanyahuya müraciət etdi: İranla qarşıdurmaya girməyin

"İran qanuni hüquqlar çərçivəsində regionun sülh və təhlükəsizliyini qorumaq məqsədilə İsrailin hücumlarına qəti cavab verdi. Bu addım İranın maraqlarını və vətəndaşlarını müdafiə etmək üçün atılıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian “X” hesabında yazıb.

"Netanyahu bilməlidir ki, İran müharibə tərəfdarı deyil, lakin hər hansı təhdidə qarşı qətiyyətlə dayanacaq. Bu, bizim gücümüzün yalnız bir hissəsidir. İranla qarşıdurmaya girməyin",-deyə iran prezidenti əlavə edib.

Seçilən
13
iqtisadiyyat.az

1Mənbələr