AZ

İran liderindən İsrailə hücumla bağlı - Açıqlama

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin İsrailə qanuni hüquqlar əsasında cavab verdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran lideri rəsmi “X” hesabında paylaşım edib.

“Biz hücumçu deyilik, lakin ölkəmizə qarşı təhdidlərə qarşı qərarlıyıq. İranla münaqişəyə girməyin”,- deyə, paylaşımda qeyd edib.

Pezeşkian İsrailə hücumları İranın maraqlarını və vətəndaşlarını müdafiə məqsədli olduğunu qeyd edib:

“Netanyahu bilməlidir ki, İran müharibəyə can atmır, lakin hər təhlükəyə qətiyyətlə cavab verəcək. Bu, bizim gücümüzün yalnız bir hissəsi idi”.

Seçilən
7
3
qafqazinfo.az

4Mənbələr