AZ

Yurgen Klopp Almaniya prezidenti tərəfindən ordenlə təltif edildi

Alman futbol mütəxəssisi Yurgen Klopp “Almaniya Federativ Respublikasına xidmətlərinə görə” ordeni ilə təltif edilib.

Arena.az “Bild” nəşrinə istinadən məlumat verir ki, bu mükafatın təqdimatı oktyabrın 3-də baş tutacaq bayrama – Alman Birlik Gününə təsadüf edəcək.

Kloppun ordenini müşayiət edən qeyddə deyilir:

“Uğur və şöhrət ona hər idmançıda insanı görməyə heç vaxt mane olmayıb”.

Dövlət mükafatını alman məşqçiyə Almaniya prezidenti Frank-Valter Ştaynmayer təqdim edib.

Xatırladaq ki, Yurgen Klopun son klubu ötən mövsümün sonunda tərk etdiyi “Liverpul” olub. Alman mütəxəssis məşqçiliyə fasilə vermək istəyib, asudə vaxtını isə ailəsinə və şəxsi həyatına sərf etməyə ehtiyac görüb.

Yurgen Klopp əvvəllər Dortmund “Borussiya”sı və “Maynts”ı da çalışdırıb.

Seçilən
12
arena.az

1Mənbələr