AZ

Formula1-də 50 illik irs başa çatır: Renault mühərrik istehsalından imtina edir

Beləliklə, 2026-cı ildə Alpine tamamilə zavod komandası statusunu itirəcək və müştəri mühərriklərinə keçəcək. Komandanın hələ yeni təchizatçı ilə razılaşması lazımdır, lakin Enstounda hazırlanan maşınlarda Mercedes güc qurğularının olacağı ehtimalı böyükdür.

F-1.az xəbər verir ki, Formula1 üçün mühərriklərin hazırlandığı və istehsal edildiyi Viri-Şatiyondakı Renault bazası Hypertech Alpine mühəndislik mərkəzinə çevriləcək və 2024-cü ilin sonunda işə başlayacaq. Mərkəz bir neçə layihə üzərində işləyəcək.

Bunlara yeni Alpine yol superkarının hazırlanması, elektrik mühərrikləri və akkumulyator texnologiyaları sahəsində tədqiqat və işləmələr, WEC də daxil olmaqla Renault-nun davam edən avtomobil idmanı proqramları üzərində iş və bu sahədəki texniki inkişafları izləmək üçün “Formula1 monitorinq bölməsinin” yaradılması daxildir.

Alpine-in icraçı direktoru Filipp Krif dəyişiklikləri “Viri-Şatiyon tarixində dönüş nöqtəsi” adlandırıb və əlavə edib ki, “yarış DNT-si brendin əsas daşı olaraq qalır”.

Renault şirkəti 50 il ərzində Formula1 komandaları üçün mühərriklər hazırlayıb və təchiz edib. Renault mühərrikli maşında dünya çempionu titulunu qazanan son sürücü Sebastyan Fettel olub.

Seçilən
9
f-1.az

1Mənbələr