Metbuat.az xəbər verir ki, atılan raketlərin bir hissəsi İsrail hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib. Hücum zamanı İsrail ordusu ölkənin mərkəzi hissəsinin və Təl-Əviv sakinlərini sığınacaqlara getməyə çağırıb. Ordunun açıqlamasına görə, Livandan atılan raket səbəbilə Təl-Əvivin şimalında həyəcan siqnalları işə düşüb. Atılan raketin havada məhv edildiyi bildirilərkən, Təl-Əviv sakinlərinə xəbərdarlıqlar edilib. Təl-Əviv sakinlərindən sığınacaqlara yaxın ərazilərdə qalmaları və lazım olmadıqca çölə çıxmamaları istənilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta