AZ

Abşeron rayonunda Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub (FOTO)

Bakı. Trend:

Bu gün Abşeron rayonunda 1 oktyabr - Prokurorluq işçilərininpeşə bayramı günü qeyd olunub.

Trend xəbər verir ki,tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı AbdinFərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluqorqanının əməkdaşları iştirak edib. İştirakçəlar Xırdalanşəhərindəki Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsiniziyarət ediblər, önünə gül dəstələri düzərək xatirəsinə dərinehtiramlarını bildiriblər.

Tədbirdə RİH başçısı bildirib ki, Ümummilli Lider HeydərƏliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluqorqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluqişçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağabaşlanılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqlidavamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevtərəfindən ölkəmizdə prokurorluğun fəaliyyəti müasir tələblərsəviyyəsində yenilənib, maddi-texniki bazası möhkəmləndirilib vəəməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədiləzəruri tədbirlər görülüb.

Sonda fəaliyyətində fərqlənən prokurorluq əməkdaşlarına fəxrifərmanlar təqdim olunub.

Abşeron
Abşeron
Abşeron
Abşeron
Seçilən
13
7
az.trend.az

10Mənbələr