AZ

Beynəlxalq Cinayət Məhkəməsi Lukaşenko rejiminin cinayətlərini araşdıracaq

"Belarus rejiminin repressiya qurbanları olan yüzlərlə zərərçəkən üçün bu, ümidvericidir..."
 
Litva Lukaşenko rejiminin cinayətlərinin sübutlarını Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edib
 
Litva hökuməti Aleksandr Lukaşenko rejiminin belaruslara qarşı cinayətlərinin araşdırılması üçün Haaqada Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna rəsmi şəkildə materiallar tədqim edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Litva Ədliyyə Nazirliyi məlumat verib. Məlumatı "dw.com" nəşri yayıb.
 
Lukaşenko və ölkənin digər hərbi-siyasi nümayəndələri "Belarusun mülki əhalisinə qarşı kampaniyanı genişləndirib, buraya özbaşına saxlanılmalar və məhkəmə təqibləri, qətllər, seksual zoraklılıq, işgəncələr, antiinsani və insan ləyaqətini alçaldan davranış daxildir", - sənəddə deyilir.
 
"2020-ci ili  mayın 1-dən bugünə kimi Belarusun mülki əhalisinə qarşı ölkənin yüksəkvəzifəli siyasətçi və hərbçilərinin göstərişi ilə insanlığa qarşı cinayətlər, o cümlədən deportasiyalar, təqiblər və digər antiinsani hərəkətlər törədilib", - Litva hökuməti vurğulayıb.
 
Həmçinin qeyd edilir ki, bu hüquq pozuntularının elementləri Belarus rejimi tərəfindən Litvan ərazisində törədilib, nəticədə belə cinayətlər Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyası altına düşür.
 
Sənədlər paketi hüquqi cəhətdən hazırlanıb və Haaqaya göndərilib. Beynəlxalq Cinayət Məhkəməsi materialları baxəlması üçün qəbul edib və ilkin araşdırmaya başlayacaq. Belarusun "Xartiya'97" nəşrinin yazdığına görə, bu araşdırma ən azı bir-neçə ay davam edəcək, lakin 2024-cü ilin sonunadək də başa çata bilər.
 
Məhz Litva uzun müddətdir ki, Belarusda 2020-ci ildə keçirilən üzdəniraq prezident seçkilərindən sonra hakimiyyət tərəfindən insanlığa qarşı çoxsaylı cinayətlər törədilməsinin sübutlarının toplanılması ilə məşğul olub. O cümlədən Vilnüs işgəncələr üzrə ilk cinayət işinin araşdırılmsı ilə məşğul olub.
 
Hazırda söhbət minlərlə faktdan gedir. Təkcə 3, 5 min nəfər siyasi məhbus kimi tanınıb (bəziləri cəzasını çəkdikdən sonra azadlığa buraxılıb). Siyasi maddələrlə məhkum edilən bir-neçə nəfər həbsxanada dünyasını dəyişib, onların işləri lazımınca araşdırılmayıb, bunu hüquq müdafiəçiləri bəyan edir.
 
Baxılacaq və prosesə başlamağa əsas verən ən mühüm aspektlərdən biri belarusların qanunsuz cinayət işlərinin qorxusu altında ölkənin hüdudlarından kənara sıxışdırılmasıdır. Müxtəlif dəyərləndirmələrə görə, 2020-ci ilin hadisələrindən sonra ölkəni 300-500 min adam tərk edib.
 
"Xalq üçün hüquq-mühafizə orqanları nümayəndələri tərəfindən azadlıq, ədalət və demokratik gələcəyə can atdığına görə döyülməkdən və nəticədə qəddar diktatura hakimiyyətinin altında olmaqdan dağıdıcı heç nə ola bilməz. Bu, millətin tarixini və özünəməxsusluğunu silmək cəhdidir", - bu barədə sentyabrın əvvəlində Vilnüsdə Litvanın ədliyyə naziri Evelina Dobrovolska bəyan edib.
 
Belarus müxafətinin lideri Svetlana Tixanovskaya Litva hökumətinə bu qərara görə minnətdarlıq edib. "Litva Roma Nizamnaməsi çərçivəsində öz hüquqlarından istifadə  edərək Belarus rejimi tərəfindən insanlığa qarşı törədilən cinayətlərin araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edən ilk ölkə olub", - Tixanovsksaya bəyan edib. "Repressiyaların qurbanı olan yüzlərlə zərərçəkən üçün bu, ümidvericidir", - o, əlavə edib.
 
Nəşr dəqiqləşdirib ki, araşdırma materialları Belarus müxalifətinin nümayəndələri tərəfindən toplanaraq Litva tərəfinə verilib. Öz növbəsində Litva Ədliyyə Nazirliyi qeyri-hökumət nümayəndələri və digər təşəbbüs platformalarının Lukaşenko rejiminin cinayətləri barədə sübutlarını toplayıb.
Seçilən
16
moderator.az

1Mənbələr