AZ

"Hazırda sadəcə futbol oynamaqdan həzz alıram"

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo futboldan həzz aldığını etiraf edib.

Sportal.az xəbər verir ki, bazar ertəsi portuqaliyalı Asiya Çempionlar Liqasında "Əl-Rayon"la (2:1) matçda qələbə qolunu vurub. 

"Sky Sports"a danışan portuqaliyalı futbolçu bunları deyib: "Hazırda futbol oynamaqdan həzz alıram. Çünki bilirəm ki, çox vaxtım qalmayıb. 

Ən yaxşı oyunçu olub-olmamağım, fərdi mükafatlar qazanmağım məni maraqlandırmır. İndi mənim üçün əylənmək və komandama kömək etməyim vacibdir".

39 yaşlı futbolçunun "Əl-Nəsr"lə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi

Seçilən
6
sportal.az

1Mənbələr