İsrailə hücum etmək əmrini İranın ali dini lideri Ayətullah Əli Xamneyi şəxsən verib.
Modern.az xəbər verir ki, bu barədə İranın yüksək rütbəli rəsmisi "Reuters" agentliyinə bildirib.
O qeyd edib ki, Xamneyi təhlükəsiz yerdə qalmağa davam edir.
Xatırladaq ki, İrandan İsrailə 400-ə yaxın raket atılıb, ölən və yaralananların olduğu bildirilir.