AZ

İran İsraili raket atəşinə tutub, ölənlər var - Yenilənir

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.Bu barədə "Tasnim" agentliyi xəbər verir.

SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.

"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.

Hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib ki, ölkəsi həm müdafiə, həm də hücuma hazırdır.

20:47

İran İsraili raket atəşinə tutub.Bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, raketlərdən biri İordaniyanın hava məkanına daxil olub.

Hücumla bağlı əlavə detallar hələlik açıqlanmır.

"The Jerusalem Post" qəzetinin məlumatına görə, İrandan İsrailə 102 raket atılıb.

Ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilib.
 
İsrail əhalisinə təcili olaraq sığınacaqlara getmək əmri verilib.

www.anews.az
Seçilən
12
4
anews.az

10Mənbələr