AZ

Qubada yük maşını aşdı - Yaralı var

Quba rayonunun Hacıhüseynli kəndi ərazisində yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Modern.az-ın məlumatına görə, "QAZEL" markalı yük avtomobilinin aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.

Yaralı təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
8
19
cebheinfo.az

10Mənbələr