AZ

İran İslam İnqilabı Keşikçilər Korpusu İsrailə raket hücumu ilə bağlı bəyanat verib

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) İsrailin önəmlihərbi-təhlükəsizlik obyektlərini onlarla ballistik raketlə atəşətutub.

Trend-inməlumatına görə, bununla əlaqədar İran İslam İnqilabı KeşikçilərKorpusu (SEPAH) bəyanat yayıb.

Bəyanata əsasən, İran “HƏMAS” lideri İsmayıl Həniyyənin Tehrandaöldürülməsi ilə suverenliyinin pozulması, eləcə də “Hizbullahlideri Həsən Nəsrullah və SEPAH-ın komandan müavininin AbbasNilfuruşanın Beyrutda öldürülməsinə qarşı bir müddət təmkinlikgöstərdikdən sonra raket hücumunu həyata keçirib.

SEPAH bildirir ki, bu əməliyyat İranın Ali Milli TəhlükəsizlikŞurası, Silahlı Qüvvələrin Baş Qərargahı və Müdafiə Nazirliyinintəsdiqi ilə həyata keçirilib.

“Xəbərdarlıq olunur ki, İsrail İranın qanuni hüququ vəbeynəlxalq qanunlara uyğun olaraq həyata keçirilən bu əməliyyatahərbi reaksiya verərsə, növbəti və dağıdıcı hücumlarla üzləşəcək”,- deyə bəyanatda bildirilir.

SEPAH əməliyyatın detalları haqda məlumat veriləcəyinibildirib.

Seçilən
13
17
az.trend.az

10Mənbələr