AZ

Şəmkir sakini qətlə yetirildi - Saxlanılan var

Oktyabrın 1-i saat 21 radələrində Şəmkir rayon Mahmudlu kənd sakini İ. Abbasovun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A. Abbasov şübhəli şəxs qismində saxlanılıb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
20
28
qafqazinfo.az

10Mənbələr