AZ

"Qarabağ"ın yeni transferi haqda: "Onun səviyyəsi yüksəkdir"

Ukrayna Premyer Liqasında mübarizə aparan "Krivbass"ın məşqçisi, "Qəbələ"də oynamış Vitali Vernidub Sportal.az saytına açıqlama verib.

Azərbaycan çempionatını yaxından bələd olan Vernidub "Qarabağ"ın yeni transferi Aleksey Kaşuk barədə danışıb.

O, həmyerlisinin Ağdam klubunda uğurlu çıxış edəcəyinə inandığını deyib:

"Bəli, Aleksey Kaşukun "Qarabağ"a keçidindən xəbərdaram. Məncə, "Qarabağ" üçün yaxşı transferdir. Çünki Aleksey perspektivli, gənc futbolçudur. Yetərincə yaxşı oyunçudur, böyük perspektivə malikdir. Kaşukun keyfiyyəti və səviyyəsi yüksəkdir. Məncə, Kaşukun transferi "Qarabağ" üçün yaxşı müsbət təsirini göstərəcək. Ona da uğurlar arzu edirəm".

24 yaşlı futbolçu 2027-ci il iyunun 30-na qədər "Qarabağ"a məxsusdur.

saytlarin hazirlanmasi

Seçilən
9
sportal.az

1Mənbələr