AZ

Mingəçevirdə qəzalar oldu - Xəsarət alan var

Mingəçevirdə qəzalar olub. 

"Unikal" xəbər verir ki, Gəncə şossesində "Vaz 21011" markalı avtomobil "Kia" markalı maşınla toqquşaraq sonda işıq dirəyinə çırpılıb. Qəza nəticəsində 1952-ci il təvəllüdlü Səmədov Nazim Səfər oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırlıb.

Digər hadisə isə Təbriz keçəsindəki tikinti şirkətinin önündə baş verib. Əldə edilən ilkin məlumata görə, kuryer kimi çalışan təxminən 16-17 yaşlı gənc idarə etdiyi skuterlə "Ford" markalı maşınla yüngül təmas nəticəsində idarəetməni itirərək yola yıxılıb. Xəsarətləri yüngül olan kuryer hər hansı tibb müəssisəsinə müraciət etməyib. Hər iki faktla bağlı araşdırma aparıllr.

Ehtiram Muradov

Seçilən
5
unikal.az

1Mənbələr