AZ

Torres Almaniya klubuna keçə bilər

Karel Geraertsi istefaya göndərən Almaniyanın “Şalke 04” komandası “Liverpul”un keçmiş hücumçusu Fernando Torresi yeni baş məşqçi kimi heyətinə qatmağı düşünür.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Bundesliqa 2-də 13-cü yerdə qərarlaşan "Şalke" 7 matçda cəmi iki qələbə qazanıb və "Darmştadt"a 5:3 hesabı ilə uduzduqdan sonra Geraerts ilə yollarını ayırıb.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, Torres hazırda "Atletiko Madrid"in ehtiyat komandasını çalışdırır və "Şalke"nin oyun fəlsəfəsinə uyğun profil hesab olunur.

Seçilən
26
4
operativmm.az

5Mənbələr