AZ

ABŞ-da “Helene” qasırğası nəticəsində ölənlərin sayı 137-yə çatıb

ABŞ-da

Vaşinqton, 1 oktyabr, AZƏRTAC

ABŞ-da “Helene” qasırğası nəticəsində ölənlərin satı 137-yə çatıb.

AZƏRTAC-ın məlumatına görə, ölüm hallarından 56-sı Şimali Karolina, 33-ü Cənubi Karolina, 25-i Corciya, 15-i Florida, 6-sı Tennesse, 2-si Virciniya ştatlarında qeydə alınıb.

Dağıntılar Floridadan Cənubi Appalaç dağlarına qədər 500 mildən (804 km) çox ərazini əhatə edib. Ölənlərdən 5 nəfər fövqəladə hallar üzrə agentliklərin nümayəndələridir.

Milyonlarla insanın elektrik enerjisinə və suya çıxışı hələ də yoxdur.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
12
2
azertag.az

3Mənbələr