Çinin Şanxay şəhərində supermarketlərdən birində baş vermiş bıçaqlı hücum nəticəsində azı 3 nəfər həlak olub, 15 nəfər xəsarətlər alıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Polis hadisə barədə yerli vaxtla saat 21:47-də məlumat alıb. 37 yaşlı cinayətkar hadisə yerində saxlanılıb. Onun psixoloji problemlərinin olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev