AZ

Viktor Osimhen zədə səbəbindən Avropa Liqasında "Qalatasaray"a kömək edə bilməyəcək

Türkiyənin "Qalatasaray" kollektivinin hücumçusu Viktor Osimhen UEFA Avropa Liqasında II turun oyununu zədə səbəbindən buraxacaq.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun sol ayağında zədə aşkarlanıb.

O, Avropa Liqasının II turunda Latviya təmsilçisi RFŞ-ya qarşı matçda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 3-də Latviyada baş tutacaq.

Seçilən
7
3
far.az

9Mənbələr