AZ

"Windows" istifadəçilərə "casus funksiyası"nı silməyə icazə verib

"Microsoft" korporasiyası "Windows 11"də daimi ekran qeydi funksiyasını silmək imkanı yaradıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Windows Central" nəşri məlumat yayıb.

2024-cü ildə təqdim edilən və ekranda daimi olaraq skrinşotlar çəkib görüntüləri yaddaşda saxlayan "Recall" funksiyasını artıq istifadəçilər deaktiv edə və hətta tamamilə kompüterdən silə biləcəklər.

"Recall" funksiyasının təqdim olunması "Windows" istifadəçiləri tərəfindən birmənalı qarşılanmamışdı. O cümlədən, milyarder İlon Mask bu funksiyanı "casus funksiyası" adlandırmış və kompüter sahiblərinə onu tezliklə söndürməyi məsləhət görmüşdü.

Sentyabrın sonunda "Microsoft" bəyan edib ki, istifadəçilər bu proqramı kompüterlərindən silə bilərlər. Şirkət həmçinin qeyd edib ki, yeni funksiya standart olaraq deaktiv edilmiş olacaq, halbuki əvvəlcə bu belə deyildi.

Microsoft nümayəndələri izah ediblər ki, "Recall" ekran görüntülərini xüsusi qorunan sahədə və məzmunu şifrələnmiş formada saxlayır. “Bu sahə kilidlənmiş qutu kimi işləyir, ona yalnız istifadəçinin "Windows Hello" vasitəsilə icazə verməsindən sonra daxil olmaq mümkündür",-deyə mütəxəssislər bildiriblər.

Seçilən
8
iqtisadiyyat.az

1Mənbələr