AZ

Autizm spektrli pozuntuları olan şəxslərin müalicəsində İDDO proqramı tətbiq ediləcək



Autizm spektrli pozuntuları olan şəxslərin müalicəsində İDDO proqramı tətbiq ediləcək.

Newscenter.az xəbər verir ki, bu barədə fikir mübadiləsi İDDO proqramının təsisçisi və baş direktoru Jalə Əhmədovanın NR İnklüziv Mərkəzdə keçirdiyi görüş zamanı aparılıb. Görüş barədə məlumat verən Jalə Əhmədova deyib ki, NR İnklüziv Mərkəzin qonağı olub:

"Nərmin Şabanqızı və Ramidə Oktayqızı tərəfindən təsis edilən Mərkəzin fəaliyyəti, müayinə və müalicə üsulları ilə tanış oldum. Müalicə edilən uşaqlar üçün yaradılmış şəraitin yüksək səviyyədə olduğunu müşahidə etdim. Səmimi ab-havada keçən görüş zamanı Mərkəzin təsisçiləri İDDO proqramı haqqında öz fikirlərini bölüşdülər, autizm spektrli pozuntuların olan şəxslərin müalicəsində tətbiq ediləcək İDDO proqramının tezliklə həyata keçirilməsini arzuladılar. Habelə bu sahədə mövcud olan problemləri müzakirə etdik".

Jalə Əhmədova, "NR İnklüziv Mərkəzində görülən işləri yüksək qiymətləndirdiyimi xüsusi qeyd etmək istəyir və fəaliyyətlərində uğurlar arzulayıram",-deyə vurğulayıb.

Süleyman
Seçilən
24
1
newscenter.az

2Mənbələr