AZ

Azərbaycan xalqı hər zaman öz mədəniyyəti, mədəni irsi, görkəmli tarixi şəxsiyyətlərinə dəyər vermiş, hörmət etmiş xalqdır

Aşıq Ələsgər sənətinə hörmətin nəticəsi olaraq, hələ 3 il əvvəl onun adınınəbədiləşdirilməsi üçün Prezident İlham Əliyev iki Sərəncam imzalamışdır. Bir Sərəncaməsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncaməsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu.Və bu gün şəhərimizingözəl parklarından birində Aşıq Ələsgərin abidəsi ucaldıldı.Bildiyimiz kimi Aşıq Ələsgər Azərbaycanın qədim torpağı olan Göyçə mahalındayaşamış, yaratmışdır.Prezidentin bildirdiyi kimi görkəmli hətta şəxs də ermənilərin etniktəmizləməsinə məruz qalmışdır. Bu hadisə ilk dəfə 1918-ci ildə baş tutdu və şairin 97 yaşı varidi. Lakin müəyyən müddət sonra o doğma kəndinə qayıda bilmiş, ömrünü Göyçə mahalındabaşa vurmuşdur.Prezident İlham Əliyevin açılış zamanı çıxışı da baş tutdu və bu çıxış müəyyənmesajlarla yadda qalmış oldu. Belə ki, o şairə göstərilən diqqətdən də bəhs etdi: “1970-ciillərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü dəSovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsiucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandallarıonun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, ŞərqiZəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz,saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yenideyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşiliktörədilirdi”. Beləliklə ermənilərin bu vəhşiliyinə ölkəmizin Qarabağı azad etməsindən sonraerməni vandallarının tariximizə, mədəniyyətimizə, dəyərli irsimizə vurduğu zərbənin şahidləriolmuş olduq.Ən əsas məqamlardan biri də Prezidentin Qərbi Azərbaycanla bağlı mesajları idi:“Qeyd etdiyim kimi, xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır – 1918-ciildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncüdeportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqıöz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu,bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbiazərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çoxamillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqlarıgörməyən Qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar ”. Bəli,Prezidentin haqlı olaraq əminliklə danışmağı, öz yurdlarından məhrum olmuş QərbiAzərbaycan camaatında böyük inam, sevinc yaratmış oldu. Eləcə də bizim bir daha haqqyolunda olmağımızın bariz göstəricisidir. Necə ki, Prezident hər zaman bir gün Qarabağaqayıdacağıq deyirdi və verdiyi sözü tutdu. Bu gün Qarabağda haqlı savaşımızdan sonratorpaqlarımız azad, ölkəmiz suverenliyini bərpa etmiş oldu. Və ən əsası bu günlərdə artıqQarabağa həyat, dirçəliş qayıtmış oldu. Qarabağdan köçkün düşmüş insanlar öz yurdlarınageri qayıtmış oldu və bu proses mərhələli olaraq davam edir. Prezidentin mesajları əsasındadeyə bilərik ki, tezliklə bunu Qərbi Azərbaycandan qovulmuş sakinlər də yaşayacaq, onlar özdoğma yurdlarına geri qayıdacaq.Afiq Ağayev,H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin tarix müəllimi

Seçilən
14
kanal24.az

1Mənbələr