AZ

Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar

Sentyabr ayının 30-da Azərbaycan Prezidenti İlham Əliyev Bakının mərkəzində böyükel sənətkarı, Azərbaycan poeziyasının dühası Aşıq Ələsgərin abidəsinin açılışını edib vəaçılış mərasimində Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların qayıdış məsələsi iləbağlı tarixi çıxış edib.Aşıq Ələsgər Qərbi Azərbaycanda – Azərbaycan aşıq sənətinin tarixi mərkəzlərindənolan Göyçə mahalında yaşayıb-yaradıb, misilsiz bədii-estetik ustalığı ilə xalqımızın ruhunuəks etdirən əsərlər yaratmış və ozan-aşıq sənətinin minillik ənənələrinə yeni nəfəs verib.Aşıq Ələsgər təkcə Azərbaycan saz-söz sənətinin uca zirvəsi deyil, eyni zamanda türkdünyasının azman sənətkarı, saz sənətinə, sözə, türklüyə və islam ədəb- ərkanına ləyaqətləxidmət etmiş, böyük məktəb yaratmış, bölgənin adını da öz adına və şöhrətinə layiq təmsil vətərənnüm etmiş, dövrünün Dədə ünvanını almış, el ağsaqqalı, ictimai xadimdir.Aşıq Ələsgərin təkcə Göyçədə və Ermənistan SSR-də deyil, Azərbaycanda vəölkəmizin hüdudlarından kənarda böyük şöhrəti və ictimai nüfuzu erməniləri həmişə narahatetmişdir. Məhz buna görə də 1971- ci ildə Göyçə camaatı Aşıq Ələsgərin anadan olmasının150 illik yubileyinin dövlət səviyyəsində keçirilmısi təşəbbüsünü irəli sürəndə Ermənistan SSRhökuməti müxtəlif bəhanələrlə tədbirin keçirilməsini əngəlləməyə çalışmışdır.Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinə müraciətindən sonra laqeyidlik vədüşmənçilik buzu sınmış, 1972-ci ildə Dədə Ələsgərin Göyçədə, doğma Ağkilisə kəndindəqəbirüstü abidəsi ucaldılmış, Göycədə və İrəvanda yubiley tədbiri keçirilmişdir. Məhz UluÖndərin təşəbbüsü ilə həmin vaxt Azərbaycanın müxtəlif bölgələrində Aşıq Ələsgərin yubileygecələri təşkil edilmiş, Moskvada Kremlin sütunlu Salonunda Aşıq Ələsgərə həsr olunmuşyubiley konserti baş tutmuşdur. Təəssüf ki, Ermənistan hökuməti, oradakı əksər Azərbaycanmədəni irs nümunələri kimi, bu abidəni də dağıdıb.Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi, Azərbaycan mədəniyyətinin,ədəbiyyatının, incəsənətinin mərkəzlərindən olan Qərbi Azərbaycan mahallarında etniktəmizləmə nəticəsində bir nəfər də azərbaycanlı qalmayıb, oradakı Azərbaycan mədəni irsiciddi zərər görüb.Prezident İlham Əliyevin Aşıq Ələsgər irsini yaxından himayə etməsi, həm də QərbiAzərbaycana qayıdış məsələsinə, Ermənistanın işğal, etnik təmizləmə və irqi ayrı-seçkiliksiyasətindən zərər görmüş Azərbaycan mədəniyyəti, ədəbiyyatı və incəsənətinə diqqətiningöstəricisidir. Prezidentin çıxışından da göründüyü kimi, Aşıq Ələsgərin qaçqınlıqla keçmişağrılı həyat yoluna dərindən bələd olması, onun Qərbi azərbaycanlıların taleyinə nə qədəryaxından qayğı göstərdiyinin təzahürüdür.Prezident İlham Əliyevin sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi,Birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənətinin UNESCO-nun Qeyri-maddiMədəni İrs Siyahısına daxil edilməsi Aşıq Ələsgər yaradıcılığının ümumbəşəri dəyər kimiəbədiləşdirilməsində əvəzsiz rol oynayıb.Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarınaqayıdacağına olan inamını ifadə etməsi bizim üçün böyük motivasiya mənbəyidir. Qarabağ vəŞərqi Zəngəzurun azad edilməsi və orada Böyük Qayıdış proqramının həyata keçirilməsi,bizim də doğma yurdlarımıza qayıdacağımız günün uzaqda olmadığını göstərir.Prezidentin ifadə etdiyi kimi, Aşıq Ələsgərin həyat yolu bütün Qərbi azərbaycanlılarıntaleyini təcəssüm edir. Sözə, sənətə, humanist dəyərlərə bağlı olan, vətənpərvər şair özdoğma yurdundan qaçqın düşsə də, ruhdan düşməmiş, 100 yaşında öz yurduna qayıdaraq,yandırılmış evini bərpa etmiş və ömrünün son günlərinə qədər orada yaşamışdır.Abidənin açılış mərasimindəki çıxışında tarixin dönəmlərəinə nəzər salan AzərbaycanPrezidenti xalqımızın XX əsrdə üç deportasiya dalğasına məruz qaldığını – 1918-ci ildəbirinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncüdeportasiyanın baş verdiyini bildirib: “İki deportasiyadan müəyyən müddətdən sonraAzərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük birqisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasınaməruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə

Seçilən
1
3
kanal24.az

10Mənbələr