AZ

Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisə

XIX yüzillikdə yaşamış böyük söz və saz ustadı Aşıq Ələsgərin zəngin yaradıcılığı Azərbaycanın aşıq ədəbiyyatının inkişafında bir mərhələ oldu. İstər Arazın o tayında, istərsədə bu tayında neçə-neçə sənətkar Aşıq Ələsgər ədəbi məktəbinin yetirməsidir. Böyük ustadınirsi öyrənilə-öyrənilə aşıq yaradıcılığının daha şaxəli inkişafında vasitəyə çevrildi. Hələ 70-ciillərdə Aşıq Ələsgərin kitabları nəfis tərtibatla nəşr edildi.2021-ci ildə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Azərbaycan RespublikasınınPrezidenti cənab İlham Əliyev iki Sərəncam imzaladı. Sərəncamlardan biri ilə sənətkarın 200illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Digər Sərəncam onun abidəsinin ucaldılmasınagörə verilmişdi.Abidə Bakı şəhərində qoyuldu. Abidənin açılış mərasimində AzərbaycanRespublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Tarixin zaman anlamındadünənlərini xatırladan çıxışda böyük sənətkarın yaradıcılığı haqqında geniş məlumat verildi,xalqımızın yaşadığı iki deportasiyanın ağrıları da xatırladıldı: “Əfsuslar olsun, ondan sonra dabizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşuKəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçəmahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalıçox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütüntəhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və birneçə ildən sonra orada vəfat etmişdir”.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevintəşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin Sovet İttifaqı miqyasında qeyd edildiyini, buyubiley münasibətilə sənətkarın doğma Ağkilsə kəndində abidəsinin ucaldıldığını, ermənilərintörətdiyi üçüncü deportasiyada abidənin dağıdıldığını da bildirdi.Dövlət başçımız onu da dedi ki, “Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqınınürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət,vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. 97yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrəbaxmayaraq, - o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, - yenə də öz Vətəninəqayıtmışdır”.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbirdə çıxışı birsənətkarın timsalında dövlətçiliyin daha da möhkımləndiriləcəyinə inam kimi dinlənildi: “Güngələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik vəAğkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmlinümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinəAzərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbiazərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvətedən hadisədir.Könül Ağayeva,N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin müəllimi

Seçilən
7
kanal24.az

1Mənbələr