AZ

Sənayedən incəsənətə doğru: “Baku Steel Art 2024” simpoziumunun yekunları (FOTO)

Bakı. Trend:

Paytaxtımız daha bir ilkə ev sahibliyi etdi: Bakıda regionda ilkdəfə beynəlxalq metal simpoziumu – “Baku Steel Art 2024” 17-30sentyabr 2024-cü il tarixləri arasında müvəffəqiyyətlə baştutub.

Trend xəbər verir ki,Qafqazın ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company"QSC (BSC) və təsviri incəsənətin təbliği sahəsində uğurları iləadından söz etdirən “QGallery” bədii qalereyasının təşkilatçılığıilə BSC-nin ərazisində reallaşdırılan simpoziuma Azərbaycan,Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Hindistan və Bolqarıstan dadaxil olmaqla, 7 ölkədən 12 sənətkar qatıldı. Sözügedən tədbirdəölkəmizi Rəşad Ələkbərov, Teymur Qəribov, Rahib Qarayev, MüşfiqHeydərov, Çinarə Baxşiyeva və Jalə Əliyeva kimi heykəltəraşlartəmsil ediblər.

Beynəlxalq iştirakçılar isə Gürcüstandan Aleksandr Popxadze,Türkiyədən Nilhan Sesalan, Rumıniyadan Çiprian Hopirtean, İsraildənNirit Levav Paker, Bolqarıstandan Kamen Tanev və HindistandanHaribaabu Naatesan idi.

Oktyabr ayının birində “Baku Steel ART 2024” -ün geniş bağlanışmərasimi baş tutdu. Mərasimdə siyasi, ictimai və incəsənətxadimləri iştirak edərək iki həftə ərzində ərsəyə gələn sənətəsərləri ilə yaxından tanış olublar.

Açılışda “Baku Steel company” – nin baş direktoru Kamalİbrahimov, Azərbaycanın Əməkdar İncəsənət xadimi, Q Galerytəsisçisi Emin Məmmədov geniş çıxış ediblər. Təşkilatçılar hər kəsisalamlayaraq, baş tutan bu böyük tədbirdə iştirakları üçün təşəkkürediblər. Bildirilib ki, simpoziuma gözləniləndən də artıq maraqgöstərildiyi üçün gələcəkdə də növbəti simpoziumların təşkilimümkündür. Çıxış edənlər sırasında simpozium iştirakçıları,rəssamlar da da öz məmnuniyyətlərini xüsusi vurğulayıblar. Tədbirdəiştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri RəhmanHacıyev də öz ürək sözlərini bölüşüb. O, çıxışı zamanı bildirilibki, Fonda hədiyyə edilən bu əsərlər gələcəkdə Qarabağdayerləşdiriləcək.

Simpoziumun əsas məqsədi incəsənətlə metallurgiyanın qarşılıqlıəlaqəsini nümayiş etdirmək, həmçinin, bu əlaqənin dayanıqlıinkişafa töhfə verərək ekoloji dəyişikliklər üçün katalizatorrolunu oynaya biləcəyini göstərmək idi. Bu beynəlxalq layihəincəsənət və sənayenin harmonik birləşməsini qlobal ekolojiçağırışlar kontekstində yeni nəzər-nöqtələrindən təqdim etdi,ekoloji maarifləndirmə və məsuliyyətin vacibliyini vurğulayıb.

Simpozium iştirakçıları nəinki orijinal əsərlərin yaradılmasıüzərində çalışıblar, onlar həm də öz təcrübələrini bölüşüblər,yaradıcı fikirlər və toplanmış təcrübə mübadiləsi aparıblar,bir-birlərinə yeni bədii axtarışlarda kömək ediblər və onlarıgələcək yaradıcılığa ruhlandırıblar.

Qaynaqla və ya xüsusi dəzgahla işləyən sənətkarlar metalı özgörünüşü ilə ətrafdakıları təəccübləndirə, ilhamlandıra və həttaqəlbləri riqqətə gətirə biləcək sənət əşyalarına çevirməyə müvəffəqolublar. Ecazkar bir sənət əsəri yaratmaq üçün maksimal fədakarlıqvə yaradıcı yanaşmanın mütləq olduğu belə bir unudulmaz tədbiringedişatı zamanı, müəlliflərin yaratdığı hər bir metal instalyasiyaözünəməxsus şəkildə orijinal və unikallığı ilə seçilib. Simpoziumunbütün fəaliyyət dövrü ərzində “Baku Steel Company” QSC-nintəcrübəli əməkdaşları heykəltəraşlara öz təqdirəlayiq texnikidəstəklərini göstəriblər.

"Baku Steel Art 2024" simpoziumunun başa çatması, eyni zamandaBMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cuTərəflər Konfransına (COP29) hazırlıqla üst-üstə düşdü, bu daekoloji məsələlərin aktuallığını və müasir sənayedə dayanıqlıinkişafın əhəmiyyətini bir daha vurğulayıb. Eyni zamanda, dünyanınmüxtəlif guşələrindən Vətənimizə təşrif buyuran sənətkarlarölkəmizdə bu il qeyd olunan “Yaşıl dünya naminə həmrəylik ili”ninmissiyasını da layiqincə yerinə yetirmiş olublar.

Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Sənayedən
Seçilən
6
4
az.trend.az

5Mənbələr