AZ

İranın İsrailə zərbə endirməsi təhlükəsi fonunda neft və qızıl bahalaşıb

İranın İsrailə mümkün raket hücumu ilə bağlı xəbərlər fonunda neft və qızıl qiymətləri kəskin artıb. 

 

Oxu24.com xəbər verir  ki, Londonun ICE birjasında Brent markalı neftin dekabr fyuçerslərinin dəyəri 2,84% artaraq bir barelə görə 73,74 dollar olub. Eyni zamanda, Çikaqo əmtəə birjasında (CME) dekabr qızıl fyuçerslərinin qiyməti 1,24% artaraq 1 unsiya üçün 2692,4 dollar olub.

CNBC ABŞ prezident administrasiyasının nümayəndələrinə istinadən xəbər verir ki, “ABŞ-da İranın İsrailə yaxın gələcəkdə ballistik raketlərdən istifadə etməklə həyata keçirilməsi planlaşdırılan hücuma hazırlaşdığı barədə məlumat var”.

İsrailin İranın dəstəklədiyi Hizbullah qruplaşmasının mövqelərinə silsilə hava zərbələri endirməsindən sonra son bir həftə ərzində Yaxın Şərqdə gərginlik kəskin şəkildə artıb.

Rapidan Energy-nin prezidenti Bob MakNally verdiyi açıqlamada, "Əgər İran hücum edib zərər vursa, eskalasiya dövrü sürətlə güclənə bilər və bu, davamlı və hətta artan geosiyasi riskə səbəb ola bilər", deyə qeyd edib.

Bundan əvvəl məlum olmuşdu ki, İsrail İDF hələlik İranın İsrailə hücum etməyə hazırlaşdığına dair heç bir əlamət görmür.

 

Nigar

 

Seçilən
39
3
oxu24.com

4Mənbələr