AZ

AnTuTu 2024-cü ilin sentyabr ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib

     AnTuTu bençmarkı 2024-cü ilin sentyabr ayı üzrə ən güclü subflaqman Android smartfonların reytinqini təqdim edib. Reytinqə 10 smartfon daxil olub. Onlardan 2-si Snapdragon 7+ Gen 3, 2-si Snapdragon 7+ Gen 2, 1-si Snapdragon 7 Gen 3, 1-i Snapdragon 7s Gen 3, 1-si MediaTek Dimensity 8300 Ultra, 3-ü isə Dimensity 8200 vasitəsilə çalışır. Beləliklə AnTuTu-ya əsasən keçən ayın ən güclü subflaqman smartfonları reytinqinin ilk beşliyi belədir. OnePlus Ace 3V, realme GT Neo6 SE, Redmi K70E, realme GT Neo5 SE və Redmi Note 12 Turbo. İlk beşlikdən sonrakı smartfonların sıralanması isə bu cürdür. iQOO Z8, iQOO Neo7 SE, Redmi Note 12T Pro, iQOO Z9 və Redmi Note 14 Pro+.

Seçilən
20
technote.az

1Mənbələr