AZ

"Mənim dəyərim 100 milyon avrodan çoxdur, çünki..."

Hüquqları "Napoli"yə məxsus "Qalatasaray"ın hücumçusu Viktor Osimhen hazırda transfer bazarında nə qədər dəyərində olması ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, nigeriyalı hücumçunun sözlərinə görə, hazırda onun dəyəri 100 milyon avrodan çoxdur.

“Çünki müasir futbolda mənim kimi keyfiyyətlərə malik olan və uğur qazanan oyunçular azdır”

25 yaşlı futbolçu "Qalatasaray" forması ilə dörd matça çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.

Seçilən
31
90deqiqe.az

1Mənbələr