AZ

Uşaq bağçasının yaxınlığında bıçaqlı hücum dəhşəti! uşaqlar yaralanıb




İsveçrənin Sürix şəhərində uşaq bağçasının yaxınlığında 23 yaşlı gənc bıçaqla terror törədib. Bıçaqlı hücumda 1-i ağır 3 uşaq yaralanıb.
İsveçrənin Sürix şəhərində uşaq bağçasının yaxınlığında bıçaqlı hücum olub. Hücum zamanı 5 yaşlı 3 uşaq yaralanarkən, uşaqlardan 1-nin vəziyyətinin ağır olduğu bildirilib. Polis hücum edən Çin vətəndaşı olan 23 yaşlı şəxsi saxlayıb.Polisin verdiyi açıqlamada hücumun günorta saatlarında baş verdiyi və uşaqların körpələr evi işçisi ilə gəzərkən hücuma məruz qaldığı bildirilib.

Açıqlamada bildirilib ki, uşaq bağçası işçisi ərazidə olan başqa bir şəxslə birlikdə təcavüzkarı zərərsizləşdirib və polis gələnə qədər onun qarşısını alıb.

aia.az
Tərcümə şöbəsi



Seçilən
11
aia.az

1Mənbələr